Çempionlar Liqası: “Çelsi”, “Liverpul” və “Bavariya” rəqiblərinə böyük hesabla qalib gəliblər

23.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyun günündə daha 7 qarşılaşma keçirilib.

"Qarabağ"ın rəqiblərindən “Çelsi” İngiltərədə “Ayaks”ı, "Liverpul" isə Almaniyada “Ayntraxt”ı darmadağın edib. "Bavariya" isə Almaniyada Belçika "Brügge"sinin qapısından 4 cavabsız top keçirib.

"Real Madrid" isə İspaniyada İtaliyanın "Yuventus" klubuna minimal hesabla qalib gəlib.

Çempionlar Liqası

Liqa mərhələsi, III tur

22 oktyabr

20:45. "Qalatasaray" (Türkiyə) - "Budyo Qlimt" (Norveç) - 3:1

20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 3:1

23:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Niderland) - 5:1

23:00. "Atalanta" (İtaliya) - "Slaviya" (Praqa, Çexiya) - 0:0

23:00. "Ayntraxt" (Almaniya) - "Liverpul" (İngiltərə) - 1:5

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1

23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) - 0:0

23:00. "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:0

23:00. "Bavariya" (Almaniya) - "Brügge" (Belçika) - 4:0

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью