Çempionlar Liqası: Dortmund Borussiya sı 1/8 finalda

20.02.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında günün ilk pley-off matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, Dortmund "Borussiya"sı öz meydanında Lissabon "Sportinq"ini qəbul edib.

İlk oyunda rəqibinin qapısından 3 cavabsız top keçirən almanlar ev oyununda qolsuz heç-heçəyə razılaşıblar - 0:0 (3:0).

Beləliklə də, Dortmund təmsilçisi Çempionlar Liqasında yoluna davam edir. Portuqallar isə turnirdə mübarizəni dayandırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью