Çempionlar Liqası: Əsas mərhələdə V tura start verilir AZƏRTAC

26.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, azarkeşlər ilk oyun günündə 11 görüşə şahidlik edəcəklər.

İngiltərənin “Mançester Siti” komandası doğma meydanda “Feyenoord” ilə qarşılaşacaq. Almaniya “Bavariya”sı Fransanın PSJ klubunu, “Barselona” isə “Brest”i (Fransa) sınağa çəkəcək. Matçlar Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Əsas mərhələ

V tur

26 noyabr

21:45. “Slovan” (Slovakiya) - “Milan” (İtaliya)

21:45. “Sparta” (Çexiya) - “Atletiko” (Madrid, İspaniya)

00:00. “Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Niderland)

00:00. “Bavariya” (Almaniya) - PSJ (Fransa)

00:00. “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya)

00:00. “Barselona” (İspaniya) - “Brest” (Fransa)

00:00. “Bayer” (Leverkuzen, Almaniya) - “Zaltsburq” (Avstriya)

00:00. “Sportinq” (Lissabon, Portuqaliya) - “Arsenal” (İngiltərə)

00:00. “Yanq Boyz” (İsveçrə) - “Atalanta” (İtaliya)

00:00. “Srvena Zvezda” (Serbiya) - “Ştutqart” (Almaniya)

00:00. “Şturm” (Avstriya) - “Jirona” (İspaniya)

Qeyd edək ki, turun digər qarşılaşmaları noyabrın 27-də təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью