Çempionlar Liqası: “Fənərbaxça” qələbə qazana biləcək?

27.08.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son 4 görüş keçiriləcək.

Günün ilk qarşılaşması Bakıda "Qarabağ"la Macarıstan "Ferentsvaroş"u arasında olacaq. Digər 3 qarşılaşmanın start fiti isə saat 23:00-da veriləcək.

Türkiyədə qolsuz heç-heçə edən "Fənərbaxça" Portuqaliyada "Benfika"ya qalib gəlsə, 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlayacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 3:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)
İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1

Qeyd edək ki, bir gün öncə “Kayrat” (Qazaxıstan), “Pafos” (Kipr) və “Budö Qlimt” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью