Çempionlar Liqası: Liverpul Real Madridə şans vermədi, Yuventus Aston Villa ilə bacarmadı …
Icma.az bildirir, Oxu.az portalına istinadən. UEFA Çempionlar Liqasında V tura doqquz görüşlə yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Liverpul" "Real Madrid"i qəbul edib. Matçda hesab yalnız ikinci hissədə açılıb.
52-ci dəqiqədə meydan sahiblərindən Makalister fərqlənib. 77-ci dəqiqədə Qakpo fərqi artırıb - 2:0.
Oyun ərzində "Real"dan Mbappe, "Liverpul"dan isə Salah penaltini qaçırdığından görüş elə bu hesabla da başa çatıb.
Hazırda mersisaydlılar turnir cədvəlində 15 xalla vahid liderdir, kral klubu isə 6 xalla 24-cü yeri tutur.
"Yuventus" Villa Parkda "Aston Villa"nın qonağı olub. Qarşılaşmada hesab açılmayıb - 0:0.
Digər matçlarda "Srvena Zvezda" "Ştutqart"ı darmadağın edib - 5:1, "Şturm Qraz" isə "Jirona"dan üstün olmaqla 23 il sonra yarışda ilk qələbəsini qazanıb - 1:0.
"Dinamo Zaqreb" evdə "Borussiya Dortmund"a uduzub - 0:3. "Seltik" "Brügge" ilə sülhə razılaşıb - 1:1.
Tam oxu
Xəbəri oxu