Çempionlar Liqası: Milan Realı, Sportinq Sitini məğlub etdi

06.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start verilib.

"Unikal" xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.

Turnirin son qalibi olan İspaniyanın “Real Madrid” komandası evdə “Milan”la (İtaliya) qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə təmsilçisi “Liverpul” isə doğma meydanda Almaniya “Bayer”in qapısında dörd cavabsız top keçirib.

UEFA Çempionlar Liqası

Əsas mərhələ

IV tur

PSV (Niderland) - "Jirona" (İspaniya) - 4:0

"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:4

"Real Madrid" (İspaniya) - "Milan" (İtaliya) - 1:3

"Liverpul" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:0

"Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya) - 1:0

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 4:1

"Lill" (Fransa) - "Yuventus" (İtaliya) - 1:1

"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1

"Bolonya" (İtaliya) - "Monako" (Fransa) - 0:1

Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin digər oyunları bu gün reallaşacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью