Çempionlar Liqası: millimizin üzvü oynadı, komandası heçheçə etdi

03.12.2024

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Asiya Çempionlar Liqasında Liqa fazasının 6-cı turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovun formasını geyindiyi "Cohor Darul Tazim" (Malayziya) doğma meydanda Tailandın "Buriram Yunayted" klubunu qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Eddi İsrafilov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

"Cohor Darul Tazim" 6 turdan sonra 8 xal toplayıb və Asiya Çempionlar Liqasının şərq zonasında 12 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью