Çempionlar Liqası: Modriç Ronaldo və Messidən öndə

08.04.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çempionlar Liqasında ən çox mərhələnin qalibi olan futbolçuların siyahısında yeni lider var.

İdman.biz xəbər verir ki, İFFHS qrup mərhələsindən sonrakı raundların qalibləri ilə bağlı ilk "onluğ"u açıqlayıb.

Luka Modriç bu göstəricidə hamını qabaqlayır. O, oynadığı klublarla 35 dəfə mərhələni uğurla adlayıb. Xorvatiyalı pley-offu 1, 1/8 finalı 12, 1/4 finalı 10, yarımfinalı 6 dəfə adlayan tərəfdə olub, 6 dəfə də finalda qələbəyə sevinib. O, “Tottenhem”lə 1, “Real”la 34 uğurda pay sahibi ola bilib.

Kriştiano Ronaldo siyahıda 2-cidir. Lionel Messi isə 9-cu sırada qərarlaşıb.

1. Luka Modriç - 35
2. Kriştiano Ronaldo – 34
3. Toni Kroos – 33
4. Kərim Benzema – 32
5. Tomas Müller – 30
6. Dani Karvaxal – 28
7. Andres İnyesta – 28
8. David Alaba – 28
9. Lionel Messi – 27
10. Manuel Noyer – 27

Qeyd edək ki, eyni göstəriciyə malik futbolçular daha yüksək mərhələlərdəki qələbə sayına görə sıralanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью