Çempionlar Liqası: “Neftçi” mübarizəni dayandırıb

30.07.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” I təsnifat mərhələsinin IV qrupunda Türkiyənin "Fomget" klubu ilə üz-üzə gəlib.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi ilə Albaniyanın paytaxtı Tiranada oynayıb. Qarşılaşma rəqib komanda üstünlüyü ilə keçib. "Fomget" 2:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, IV qrup
30 iyul
20:00. "Fomget" (Türkiyə) - "Neftçi" - 2:0
Baş hakim:
Hanna Layanen (İsveç)
Tirana. "House of Football Natural Pitch" stadionu

Qeyd edək ki, "Neftçi" qalib gələcəyi halda, növbəti görüşdə "Kiryat"la (İsrail) üz-üzə gələcək. Bu matçda qələbə qazanacaq kollektiv II təsnifat mərhələsinə yüksələcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью