Çempionlar Liqası öncəsi transferlərin olmamasına görə “Qarabağ”a görünməmiş hücum Tahir G…
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
8 il sonra “Qarabağ” Azərbaycan futbolu tarixində ikinci dəfə Çempionlar Liqasının əsas turnirinə vəsiqə qazanıb.
İdman.biz Haqqin.az-a istinadən xəbər verir ki, sözün əsl mənasında bir neçə gün keçəndən sonra heyranlıq qəzəblə, eləcə də klub rəhbərliyinə ünvanlanmış təhqirlərlə əvəz olunub.
Buna səbəb transfer pəncərəsinin bağlanmasından əvvəl son günlərdə hücumun gücləndirlməməsi olub.
Azarkeşlər ümid edirdilər ki, klubun Çempionlar Liqası üçün heç olmasa bir hücumçu almağa vaxtı olacaq.
Son ana qədər "Qarabağ"ın forvard almaq və ya icarəyə götürmək üçün bir neçə variantı var idi, lakin bu, alınmadı.
Eyni zamanda, Ağdam klubu yayda bir çox transfer sövdələşmələri etsə də, məhz hücumu gücləndirə bilməyib.
Nəticədə “Qarabağ”ın Çempionlar Liqası üçün yekun ərizəsinə cəmi üç nominal hücumçu daxil edilib: Nəriman Axundzadə, Musa Qurbanlı və Emmanuel Addai.
Tam oxu
Xəbəri oxu