Çempionlar Liqası oyununu buraxacaq

05.04.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bavariya"nın futbolçusu Camal Musiala Çempionlar Liqasının 1/4 final mərhələsində "İnter"lə ilk oyunu buraxacaq.

QOL.az xəbər verir ki, o, Almaniya Bundesliqasının 28-ci turunda "Auqsburq"la matçda (3:1) zədələnib.

Klubun idman direktoru Maks Eberl məsələ ilə bağlı danışıb. O, 22 yaşlı yarımmüdafiəçinin "İnter"lə görüşdə meydana çıxa bilməyəciyini qeyd edib. 

Musialanın komandaya nə vaxt qoşulacağı hələlik məlum deyil. 

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 40 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə verib.

Əlavə edək ki, "Bavariya" ilə "İnter" arasında ilk oyun aprelin 8-də, cavab görüşü isə aprelin 16-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью