Çempionlar Liqası: PSJ “Bavariya”nı məğlub edib

29.04.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ evdə “Bavariya” üzərində 5:4 hesablı qələbə qazanıb.

APA xəbər verir ki, gərgin və bolqollu keçən qarşılaşmada Paris klubunun heyətində Xviça Kvaratsxeliya (24, 56), Xuan Neves (33) və Usman Dembele (45+5, pen., 58) fərqləniblər.

Almaniya təmsilçisinin qollarını isə Harri Keyn (17, pen.), Maykl Olise (41), Dayo Upamekano (65) və Luis Fernando Dias (68) vurublar.

Beləliklə, PSJ iki oyundan ibarət yarımfinalın ilk görüşündə minimal üstünlük əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью