Çempionlar Liqası: Qarabağ daha 2 yetirməsini sifariş edə bilər

21.07.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində İrlandiya “Şelburn”u ilə keçirəcəyi oyunlar üçün iştirak ərizısinə klub akademiyasının 2 üzvünü salıb.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, 24 nəfərlik siyahıda baş məşqçi Qurban Qurbanovun istəyi ilə Avstriyada təlim-məşq toplanışına qatılan 16 yaşlı müdafiəçi Amin Rzayev və 18 yaşlı yarımmüdafiəçi Hikmət Cəbrayılzadənin adı yer alıb.

Əvəzində həmin toplanışda iştirak etmiş daha 2 oyunçu - müdafiəçi Həbib Qədimov və yarımmüdafiəçi Mehdi Mütəllimli iştirak ərizəsində yer almır.

“Qarabağ” akademiyasının meneceri Nail Kərimov Teleqraf-a açıqlamasında məsələni belə şərh edib: “Hazırda bu iki futbolçuya şans verilib. Onlar toplanış müddətində özlərini yaxşı tərəfdən göstəriblər. Amma bu, o demək deyil ki, digərləri belə bir şansı qazanmayacaqlar. Ola bilər ki, zamanla Mehdi Mütəllimli və Həbib Qədimov da iştirak ərizəsinə düşsünlər”.

Qeyd edək ki, Amin Rzayev Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün XXXIII turunda “Sumqayıt”la oyunda rekorda imza atıb. O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edən ən gənc futbolçusu olub.

"Qarabağ"la "Şelburn" arasında ilk görüş iyulun 23-də İrlandiyada Bakı vaxtı ilə 22:45-də baş tutacaq. İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü isə saat 20:00-da başlanacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью