Çempionlar Liqası: Qarabağ daha bir tarixi uğura imza atdı, qruplara yüksəldi (Yenilənib) …
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanşında "Qarabağ" Bakıda Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayan oyunun 14-cü dəqiqəsində qonaqlar hesabı açıb - 0:1.
24-cü dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirib - 1:1 44-cü dəqiqədə "Qarabağ" hesabı artırıb - 2:1 54-cü dəqiqədə qonaqlar penaltidən hesaba tarazlıq gətiriblər - 2:2 81-ci dəqiqədə macarlar daha bir qol ataraq önə çıxıblar - 2:3 Oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, "Qarabağ" ilk oyunda 3-1 hesabı ilə qalib gəlib.
Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan "Qarabağ" mötəbər yarışda ümumi qrupa vəsiqə qazanıb. Təbriklər, "Qarabağ"!
Zülfiyyə Mustafayeva MİA.AZ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu