Çempionlar Liqası: Qarabağ ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

17.07.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.

I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью