Çempionlar Liqası: Qarabağ ın oyununun biletləri satışa çıxır

03.09.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turu çərçivəsində Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, qarşılaşmanın biletlərinin qiyməti müəyyənləşib. Bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

5 sentyabr tarixində satışa çıxacaq biletlərin qiyməti 40-60 avro arasında dəyişir.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sentyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью