Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la (İrlandiya) keçirəcəyi ilk matçın hakimləri açılanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşü xorvatiyalı baş hakimi Ante Çulinab idarə edəcək. Luka Puşiç və İvan Mihali ona köməklik edəcəklər.
Qarşılama iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.