Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, 2025-ci ildən bəri heç bir matçda məğlub olmayan "Barselona" "Borussiya"nı (4:0) məğlub edərək yarımfinala doğru mühüm addım atıb.
Kataloniya klubunun futbolçusu Rafinya dortmundlularla matçda adını tarixə yazdırıb.
Braziliyalı qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə edərək bu mövsüm Çempionlar Liqasında 19 qolun vurulmasında pay sahibi olub.
Bu mövsüm Çempionlar Liqasında 12 qol vuran və 7 məhsuldar ötürmə edən braziliyalı ulduz Lionel Messidən (2011-12) sonra Avropanın ən nüfuzlu turnirinin bir mövsümündə ən çox qol vuran ilk "Barselona" oyunçusu oldu.
Messi DÇ-2026-da iştirak edəcək? - Skaloni açıqladı Braziliya Argentinanı 6 ildir məğlub edə bilmir “Neftçi”nin futbolçusu Monteneqroya qələbə qazandırdı Argentina 2026 Dünya Çempionatında DÇ-2026: Estoniya, Qazaxıstan və Norveçdən qələbə - YENİLƏNİB