Çempionlar Liqası: “Real” “Atalanta” səfərində

10.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün UEFA Çempionlar Liqasında VI tura start veriləcək. Sport24.az xəbər verir ki, Zaqreb "Dinamo"su "Seltik"i, "Liverpl" isə "Jirona"nı sınağa çəkəcək.

Madrid "Real"ı bu turda Berqamoda "Atalanta"nın qonağı olacaq. İtaliyanın "İnter" komandası isə "Bayer"lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

VI tur

10 dekabr

21:45 Dinamo (Zaqreb, Xorvatiya) – Seltik (Şotlandiya)

21:45 Jirona (İspaniya) – Liverpul (İngiltərə)

00:00 Atalanta (İtaliya) – Real (İspaniya)

00:00 Bayer (Almaniya) – İnter (İtaliya)

00:00 Brest (Fransa) – PSV (Niderland)

00:00 Brügge (Belçika) – Sportinq (Portuqaliya)

00:00 Leypsiq (Almaniya) – PSJ (Fransa)

00:00 Şaxtyor (Ukrayna) – Bavariya (Almaniya)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью