Çempionlar Liqası: Sabah ı Norveçdə 200 azarkeş dəstəkləyəcək

02.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yayıb.
O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:
 

"Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününüdək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".


Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. (Report.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью