Çempionlar Liqası “Sabah”ın tarixi uğuruna paylaşım həsr edib

26.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması qitənin ali futbol qurumunun da diqqətindən yayınmayıb.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının rəsmi sosial şəbəkə hesablarında Azərbaycan təmsilçisinin uğuruna həsr olunmuş paylaşım edilib.

Paylaşımda “Sabah”ın turnirin əsas mərhələsinə yüksəlməsi xüsusi qeyd olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от UEFA Champions League (@championsleague)

Bakı klubu pley-off mərhələsində İsrailin Beer-Şeva “Hapoel” komandasını iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə üstələyərək tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью