Çempionlar Liqası: Yuventus evdə, Borussiya səfərdə qalib gəldi

12.02.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Çempionlar Liqasının pley-off mərhələsində ilk qarşılaşmalar baş tutub.

Oxu.Az xəbər verir ki, Turində yerli "Yuventus" "PSV Eyndhoven"i qəbul edib.

Meydan sahibləri qonaqları minimal top fərqi ilə üstələyiblər - 2:1.

Digər matçda "Borussiya" səfərdə "Sportinq"in qonağı olub. Almanlar portuqalların qapısından 3 cavabsız top keçiriblər - 0:3.

Qeyd edək ki, bu cütlərin cavab matçları fevralın 19-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью