Çempionlar Liqası: Zirə və Birbaşa Bakı 1/8 final oyunlarına çıxır

25.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan 3 Azərbaycan komandasından 2-si pley-offda yoluna davam edir.

Fanat.Az xəbər verir ki, "Aznur" çıxışını dayandırıbsa, "Birbaşa Bakı" ilə "Zirə" 1/8 finala yüksəlib.

E qrupundan 1/8-ə lider kimi yüksələn "Birbaşa Bakı" bu gün İngiltərənin “Bukovina Badeuti” kollektivi ilə üz-üzə gələcək. Görüş saat 14:45-də başlayacaq. Yeri gəlmişkən, İngiltərə təmsilçisi F qrupunda digər təmsilçimiz "Aznur"un rəqibi olub və bürünc mükafatçımızı 3:2 hesabı ilə yenib.

1/8 finalda mübarizə aparacaq digər təmsilçimiz "Zirə" isə bu gün Monteneqronun "MR NO Sbbet" kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 
Qeyd edək ki, Azərbaycan çempionu “Zirə” G qrupunda Bosniya və Herseqovinanın “Krayina Plan 21” komandası ilə 1:1 edib, Çexiyanın “Hanspaulka Praqa” kollektivinə 2:0 qalib gəlib, İspaniya "Qrupo Roxu"suna 1:2 yenilib və qrupu 2-ci yerdə başa vurub.

Sentyabrın 27-nə kimi davam edəcək Çempionlar Liqasının oyunları İspaniyanın Kambrils şəhərində keçirilir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью