Çempionlar Liqasına hazırıq Talişkadan iddialı açıqlama

28.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

"Fənərbaxça"nın futbolçusu Anderson Talişka UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qornik Zabrze" ilə cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandasının yüksək keyfiyyətə malik olduğunu vurğulayıb.

"Komandamızın çox keyfiyyətli olduğunu hamı bilir. Komanda yoldaşlarıma və baş məşqçimizə güvənirəm. Çempionlar Liqasında liqa mərhələsinə yüksəlmək üçün bütün imkanlarımız var. Sadəcə, üzərimizdə işləməyə davam etməliyik. Addım-addım ən yaxşı oyun ritmimizi tapacağıq".

Talişka "Fənərbaxça"nın hələ tam gücünə çatmadığını, lakin bunun yaxın zamanda həll olacağına inandığını deyib.

"Bu komanda 100 faiz hazır vəziyyətə çatanda çox başqa olacaq. Hazırda əsas məqsədimiz çox çalışmaq və Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməkdir. Çempionlar Liqasında mübarizə aparmağa hazırıq!"

Qeyd edək ki, komandalar arasında İstanbulda keçirilən ilk görüşdə "Fənərbaxça" Anderson Talişkanın qolu sayəsində "Qornik Zabrze"ni 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması iyulun 29-da Bakı vaxtı ilə saat 21:00-da Polşanın Zabrze şəhərindəki Ernest Pol Stadionunda keçiriləcək.

Salahın “Beşiktaş”a keçidi niyə baş tutmadı? – Səbəb bəlli oldu ÇSKA-nın sabiq futbolçusu: “Qarabağ”ı şişirdiblər” Şalai məğlubiyyətdən sonra danışdı – "Ən yaxşı vəziyyətimizdə deyilik" Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı “Fənərbaxça”dan Leao üçün rəsmi addım
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью