Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Atletik”ə qalib gəldikləri oyunu (1:0) şərh edib.
Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Vinisiusun sayılmayan qolu haqda hansısa şübhəm yoxdur. Müasir futbol artıq belədir. Qol vursan da, gözləməlisən.
Ümumi olaraq, komandam yaxşı oynadı. İkinci hissəni möhtəşəm keçirdik və sonda Valverdenin qolu ilə qazandıq. Çempionlar Liqasına vidadan sonra belə qələbə mühüm idi və toparlanmaq istəyirdik”.
“Real” La Liqada 32 turdan sonra 69 xall 2-ci sıradadır. Komanda lider “Barselona”dan 4 xal geri qalır.