Çempionlar Liqasında bunu bacaran ilk futbolçu oldu

30.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Aston Villa"nın futbolçusu Morqan Rocers Çempionlar Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, o, buna ötən gecə Liqa mərhələsinin 8-ci turunda "Seltik"lə matçda nail olub. 22 yaşlı hücumçu sözügedən görüşdə het-trik edib.

O, bu qollardan 2-sini matçın ilk 5 dəqiqəsində vurub. Nəticədə Morqan ÇL-də ilk 5 dəqiqə ərzində dubl edən 1-ci futbolçu olub. Ondan əvvəl heç kim belə göstəriciyə imza atmayıb.

Qeyd edək ki, Rocers cari mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью