Icma.az bildirir, Qol.az saytına əsaslanaraq. Çempionlar Liqasında daha 9 oyun Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yek
QOL.az xəbər verir ki, 2-ci oyun gününə də 9 matç nəzərdə tutulub.
Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Almaniya "Ayntraxt"ını qəbul edəcək. Türkiyə "Qalatasaray"ı İstanbulda "Atletiko"nu sınağa çəkəcək.
"Çelsi" "Pafos"la, "Bavariya" "Yunion"la, "Yuventus" "Benfika" ilə üz-üzə gələcək.
"Qarabağ"ın son - 8-ci turdakı rəqibi "Liverpul" isə "Marsel"in qonağı olacaq.
Qeyd edək ki, reqlamentə əsasən, turnirdə 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcəklər.
Ötən gecə "Arsenal" 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk komanda olmağı bacarıb.
"Vilyarreal" və "Kayrat"ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur 21 yanvar 21:45.