Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın üzvü Emmanuel Addainin QOL.az saytına müsahibəsini təqdim edirik.
- Misli Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”u çətinliklə məğlub etdiniz. 1:0 hesablı qələbə barədə nə deyə bilərsiniz?
- Fantastik oyun idi. Qarşılaşma çox çətin keçdi. Hər iki komanda aqressiv oynadı. Bizim üçün vacib matç idi, mütləq qalib gəlməli idik. Çox şadam ki, istəyimizə çatdıq.
- “Liverpul”a məğlubiyyətdən sonra bu görüşə psixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?
- Xeyr. Düzdür, heç kim istəməzdi ki, “Liverpul”a böyük hesabla uduzaq. Lakin rəqibin gücü məlumdur. Yolumuza davam edirik. Qarşıdakı matçlara köklənməliyik.
- Bir gün əvvəl “Zirə”ni məğlub edən “Sabah” xal fərqini 7-yə çatdırmışdı. Bu məqam “Turan Tovuz”la görüşdə üzərinizdə təzyiq yaratmırdı?
- Üzərimizdə heç bir təzyiq yoxdur. “Sabah”la hələ oyunlarımız var. Qarşıdakı matçlarda nəyə qadir olduğumuzu göstərəcəyik. Biz ən yaxşı olmağa çalışırıq. Hədəfimiz yalnız birinci yerdir.
- Qarşıdan “Şamaxı” ilə ardıcıl iki oyun gəlir...
- Elədir. Əvvəlcə kubokda, sonra çempionatda üz-üzə gələcəyik. Rəqib heç də zəif deyil. Oyunlara maksimum köklənəcəyik. Məqsədimiz hər iki görüşdə qələbə qazanmaqdır.
- “Qarabağ”ın Çempionlar Liqasındakı pley-offdakı rəqibi “Nyukasl” oldu. Həmin matçlardan gözləntiləriniz nədir?
- Çempionlar Liqasında daha da irəli getməyi arzulayırıq. Lakin rəqib çox güclüdür. Əlimizdən gələni edəcəyik.
- Şansları necə dəyərləndirirsiniz?
- Nəsə demək çətindir. Oyunda görəcəyik.