Çempionlar Liqasında daha iki komanda növbəti mərhələ şansını itirib

12.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında növbəti mərhələ şansını itirən daha iki komanda müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Liqa mərhələsinin VI turunun oyunlarından sonra bəlli olub.

İspaniyada "Atletiko"ya 1:3 hesabı ilə uduzan Slovakiyanın "Slovan" klubu və Almaniyada “Ştutqart”a 1:5 hesabı ilə yenilən İsveçrənin "Yanq Boys” kollektivi Liqa mərhələsi ilə vidalaşıb.

Bütün görüşlərdə uduzan komandalar müvafiq olaraq 35 və 36-cı pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Leyptsiq" klubu mübarizəni dayandırıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью