Çempionlar Liqasında final günüdür: PSJ "İnter"ə qarşı

31.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Bu gün UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulacaq.

Bakupost.az xəbər verir ki, turnirin final oyununda Fransanın PSJ və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək.

Almaniyanın Münxen şəhərindəki "Alyans Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü Macarıstan əsilli rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Həlledici oyun öncəsi Paris klubunun heyətində itki yoxdur. Milan təmsilçisinin isə iki futbolçusu final matçını buraxacaq. Argentinalı oyunçular - Xoakin Korrea və Valentin Karboni zədə səbəbindən vacib matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, yarımfinalda PSJ İngiltərənin "Arsenal" klubunu, "İnter" isə İspaniyanın "Barselona" komandasını mübarizədən kənarlaşdırıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью