Çempionlar Liqasında gecənin maraqlı NƏTİCƏLƏRİ | Icma.az
Bakupost saytına istinadən Icma.az xəbər verir. UEFA Çempionlar Liqasında V turun qarşılaşmaları baş tutub.Bakupost.az xəbər verir ki, "Bars
Katalonlar fransızların qapısına 3 dəqiq zərbə vurmaqla qalib gəliblər - 3:0. Levandovski dublla yadda qalıb.
Bununla da, xallarını 12-yə çatdıran "Barsa" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.Bunadək beş oyun ardıcıl məğlubiyyətə uğrayan "Mançester Siti" tilsimi qırsa da, qələbəni əldən verib.
İngilis klubu "Feenoord"dan 3:0 üstün olduğu halda, sonradan 3 top buraxaraq 1 xalla kifayətlənib - 3:3.
Xatırladaq ki, Qvardiolanın yetirmələri sonuncu dəfə oktyabrın 26-da qalib gəliblər."İnter" öz meydanında "Leypziq"i minimal hesabla məğlub edib - 1:0.
Bu qələbə sayəsində Milan klubu 13 xalla yarış cədvəlinin zirvəsinə yüksəlib."Bayer Leverkuzen" "Zalsburq"a aman verməyib.
Almanlar avstriyalıların qapısından 5 cavabsız top keçiriblər - 5:0.
"Arsenal" səfərdə "Sportinq"i, "Atalanta" isə "Yanq Boys"u darmadağın edib - müvafiq olaraq 1:5 və 1:6.
Tam oxu
Xəbəri oxu