Çempionlar Liqasında hamını qabaqladı

04.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasında (ÇL) əsas mərhələnin 5-ci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Florian Virts olub.

“Bayer-04”ün yarımmüdafiəçisi UEFA-nın saytında keçirilən səsvermədə 1-ci yeri tutub. O, komandasının “Zaltsburq” üzərində 5:0 hesablı qələbəsində iki qol və bir məhsuldar ötürmə ilə rol oynamışdı. Virts digər nominantları - Malik Tillman (PSV), Xulian Alvares (Atletiko) və Mateo Retegini (Atalanta) arxada qoyub.
Qeyd edək ki, Florian cari mövsümdə ÇL-də ikinci dəfə həftənin ən yaxşı oyunçusu seçilib. O, ilk turun “Feyenoord”la səfər oyununda da iki qol vurmaqla bu nominasiyada hamını arxada qoymuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью