Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

23.10.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça ("Borussiya", Dortmund), Qorka Quruseta ("Atletik") və Dennis Manı (PSV) qabaqlayıb.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın "Olimpiakos"u 6:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью