Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

13.02.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarının ən yaxşısı müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Borussiya"nın hücumçusu Seru Qirassi həftənin ən yaxşı oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qvineyalı forvard azarkeşlər arasında keçirilən sorğuda "Feyenord"dan İqor Payşan, "Benfika"dan Vangelis Pavlidis və "Real"dan Vinisius Junioru qabaqlayıb.

Qeyd edək ki, Seru Qirassi "Borussiya"nın səfərdə "Sportinq"i 3:0 hesabı ilə məğlub etdiyi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью