Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?

23.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bunlar "Real"dan Vinisius, "Atletiko"dan Xulian Alvares, "Barselona"dan Rafinya və PSV-dən Luk de Yonqdur.

Sözügedən oyunçuların hər biri 7-ci tur görüşlərində dubla imza atıblar. Vinisius "Zalsburq"a (5:1), Alvares "Bayer"ə (2:1), Rafinya "Benfika"ya (5:4), De Yonq isə "Srvena Zvezda"ya (3:2) 2 qol vurub.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytındakı səsvermə ilə müəyyənləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью