“Çempionlar Liqasında həlledici oyunlarda belə birinə ehtiyac var”

23.10.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasında “Yuventus”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik. İlk hissədə oyuna qoşulmaq asan olmadı. Amma zaman keçdikcə daha yaxşı oynadıq. Qol vurduqdan sonra isə oyundan həzz almağa başladıq. Bir neçə əla imkanımız oldu, ancaq dəyərləndirə bilmədik.

Qapıçımız Tibo Kurtua möhtəşəm oynadı. Çempionlar Liqasında həlledici oyunlarda belə birinə ehtiyac var. Minimal hesablı qələbə qazandıq və artıq 9 xalımız var. Xoşbəxtik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью