Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
PSV-nin xorvatiyalı yarımmüdafiəçisi İvan Perişiç Çempionlar Liqasının əsas mərhələsində “Real"la oyunda qol vurmaqla tarixə düşüb.
QOL.az xəbər verir ki, 37 yaşlı futbolçu qarşılaşmada 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
"Opta"nın məlumatına görə, bununla da Perişiç turnir tarixində penalti vuran ən yaşlı futbolçu olub. Perişiç qolu 37 yaş 295 günlüyündə vurub. O, eyni zamanda Çempionlar Liqasında “Real"ın qapısına qol vuran ən yaşlı oyunçu rekordunu da ələ keçirib.
Qeyd edək ki, penalti zərbəsi VAR müdaxiləsindən sonra təyin olunub. Buna baxmayaraq, xorvatiyalı futbolçunun qolu PSV-ni ağır məğlubiyyətdən xilas edə bilməyib. Niderland təmsilçisi Madrid klubuna 1:5 hesabı ilə uduzub.