Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə yeni turun qarşılaşmaları ilə davam edəcək.
Milli.Az xəbər verir ki, noyabrın 3-də IV turun ilk oyun günündə azarkeşləri doqquz maraqlı duel gözləyir.
Günün proqramında diqqətçəkən görüşlərdən biri Türkiyədə keçiriləcək. "Qalatasaray" doğma meydanda "Ştutqart"la üz-üzə gələcək. Digər erkən qarşılaşmada isə "Şaxtyor Donetsk" "Sportinq"i sınağa çəkəcək.
Gecə saatlarında futbolsevərlərin diqqəti bir sıra prinsipial qarşılaşmalara yönələcək. "Atletiko Madrid" - "Bavariya", "Barselona" - "Aston Villa", "Mançester Yunayted" - "Roma" və "Vilyarreal" - PSJ matçları turun maraqla gözlənilən oyunları sırasındadır.
Günün digər görüşlərində "Feyenoord" "İnter"lə, "Budyo Qlimt" "Lill"lə, LASK isə "Slovan Bratislava" ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi - IV tur
3 noyabr
21:45 - "Şaxtyor Donetsk" - "Sportinq"
21:45 - "Qalatasaray" - "Ştutqart"
4 noyabr
00:00 - "Atletiko Madrid" - "Bavariya"
00:00 - "Barselona" - "Aston Villa"
00:00 - "Feyenoord" - "İnter"
00:00 - "Budyo Qlimt" - "Lill"
00:00 - LASK - "Slovan Bratislava"
00:00 - "Mançester Yunayted" - "Roma"
00:00 - "Vilyarreal" - PSJ
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)