Çempionlar Liqasında özümü daha xoşbəxt hiss edirəm

29.01.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın futbolçusu Lamin Yamal Çempionlar Liqasının əsas mərhələsinin son oyununda "Kopenhagen" üzərində qazanılan qələbədən danışıb.

Fanat.Az xəbər verir ki, "Barsa Blaugranes" ulduz futbolçunun fikirlərini belə təqdim edib:

"İlk "səkkizliy"ə düşmək istəyirdik və qələbədən həqiqətən məmnunam. Rəqiblərimiz ilk qolu vurduqdan sonra çox güclü görünürdülər. Amma geri qayıtmağı bacarmağımız yaxşı oldu. Çempionlar Liqasında özümü daha sərbəst və xoşbəxt hiss edirəm. Təkbətək vəziyyətlərdə effektli oynayıram. Komandaya fayda verə biləndə xoşbəxt oluram. 1/8-ə birbaşa vəsiqə qazandığımız, beləliklə, iki oyun az oynayacağımız üçün özümüzü daha rahat hiss edə bilərik".

"Barselona" 8-ci turda Danimarka təmsilçisini 4:1 hesabı ilə məğlub edərək əsas mərhələni 5-ci yerdə başa vurub. Yamal son oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью