Çempionlar Liqasında pley off günü

25.08.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasında pley-off günü

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edəcək. İlk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.

Digər matçlarda LASK “Seltik”lə, “Budo-Qlimt” isə “Neymegen”lə üz-üzə gələcək. “Seltik” ilk oyunda 3:0, Norveç təmsilçisi isə 3:1 hesabı ilə qələbə qazanıb.

25 avqust

20:45. “Sabah” (Azərbaycan)– “Hapoel” (Beer-Şeva, İsrail)
İlk oyun – 1:2

23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:3

23:00. “Budo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland)
İlk oyun – 3:1

26 avqust

23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)
İlk oyun – 0:0

23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya)
İlk oyun – 2:2

23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya)
İlk oyun – 1:1

23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 1:1

Qeyd edək ki, cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью