“Çempionlar Liqasında qol vurduğum üçün çox sevincliyəm” | Icma.az
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kayrat”ın futbolçusu Adilet Sadibekov Çempionlar Liqasında “Brügge”yə uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 1:4 hesabıyla bitən matçda komandasının yeganə qolunu vuran qazax futbolçu bunları deyib: “Çətin oyun oldu.
Oyumuza sadiq qaldıq və mübarizə apardıq. İlk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Vurduğu qol mənimçün çox vacib idi.
Ötən il zədədən sonra çox əziyyət çəkmişdim. 5-10 dəqiqə şans qazanmaq, özümü sübut etmək istəyirdim.
Çempionlar Liqasında qol vurduğum üçün çox sevincliyəm”. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu