Çempionlar Liqasında son turun ən yaxşı oyunçusu müəyyənləşdi FOTO

29.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu seçilib.

Redaktor.az bu barədə sport24.ru saytına istinadən xəbər verir.

Norveçli futbolçu "Real"la matçda dubl edərək komandasının 1/16 finala yüksəlməsinə kömək edib.

Şelderup mükafat uğrunda mübarizədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallisteri, "Çelsi"nin hücumçusu Joao Pedronu və "Bayer"in yarımmüdafiəçisi Malik Tillmanı qabaqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью