Çempionlar Liqasında tarixi dəyişiklikdən imtina edildi

09.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

UEFA Çempionlar Liqasının növbəti mövsümlərində tarixi dəyişiklik etmək fikrindən daşınıb.

QOL.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Avropanın ali futbol qurumu turnirin pley-off mərhələsindən başlayaraq matçlarda əlavə vaxtı ləğv etməyi, birbaşa penaltilər seriyasına keçməyi düşünürdü. Sözügedən variant UEFA-nın Avropa Klublar Birliyi ilə danışıqlarında komandaların yükünü azaltmaq məqsədi ilə müzakirə edilib.

Lakin ideya təsdiqlənməyib. Buna səbəb kimi həmin dəyişikliyin cavab oyununda ev sahibi komandaya xüsusi üstünlük qazandıra biləcəyi göstərilib.

Qeyd edək ki, Çempionlar Liqasının 2024/25 mövsümündə ilk dəfə yeni format tətbiq olunub. Formata əsasən, təsnifat mərhələlərini keçən 36 komanda qrup mərhələsində yox, Liqa mərhələsində mübarizə aparıb. İlk 8 yerin sahibləri birbaşa 1/8 finala, sonrakı 16 yerin sahibləri isə pley-offa vəsiqə qazanıblar. Sonuncu 12 komanda turnirlə vidalaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью