Çempionlar Liqasında V tura yekun vurulur

27.11.2024

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna bu gün yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutacaq.

"Liverpul" doğma meydanda İspaniya təmsilçisi "Real"ı qəbul edəcək. "Yuventus" (İtaliya) isə səfərdə "Aston Villa"nın (İngiltərə) qonağı olacaq. Almaniya təmsilçisi "Borussiya" isə Xorvatiyada "Dinamo" ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

27 noyabr

21:45. "Srvena Zvezda" (Serbiya) - "Ştutqart" (Almaniya)

21:45. "Şturm" (Avstriya) - "Jirona" (İspaniya)

00:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

00:00. PSV (Niderland) - "Şaxtyor" (Donetsk, Ukrayna)

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Seltik" (Şotlandiya) - "Brügge" (Belçika)

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

00:00. "Aston Villa" (İngiltərə) - "Yuventus" (İtaliya)

00:00. "Bolonya" (İtaliya) - "Lill" (Fransa)

Qeyd edək ki, UEFA Çempionlar Liqasında VI tura dekabrın 10-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью