Çempionlar Liqasındakı qələbəyə görə yüksək mükafat

03.10.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbulun "Qalatasaray" klubunun rəhbərliyi əsas komandanın futbolçuları üçün yüksək mükafat ayırıb.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda evdə "Liverpul"a qalib gələn (1:0) İstanbul komandası üçün ümumən 1 milyon avro mükafat ayrılıb. 

Bu, həmin qələbəyə görə UEFA-dan gələcək 2,1 milyon avronun yarısı deməkdir.

"NTV Spor"un xəbərinə görə, "sarı-qırmızılılar"ın rəhbərliyi bu həftə (4 oktyabr) "Beşilktaş"a qarşı keçiriləcək Türkiyə Superliqasının derbi oyunu üçün də ümumi komandaya 1 milyon avro mükafat vəd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью