Çempionlar Liqasını qazanmağa ən şanslı 3 komandanın adı açıqlandı

11.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Opta Sport" statistik portalı klubların bu mövsüm Çempionlar Liqasında şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində "Liverpul"un qalib gəlmək ehtimalı ən yüksəkdir – 24,6 faiz.

İkinci pillədə 16,6 faizlə London "Arsenal"ı qərarlaşıb. İlk "üçlüy"ü isə "İnter" tamamlayır. Portal İtaliya klubunun şansını 14,5 faiz göstərib.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları bu gün və sabah keçiriləcək. Cavab görüşləri isə fevralın 18-i və 19-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью