“Çempionlar Liqasını qazanmaqdan hələ çox uzaqdayıq“

15.04.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa millisi və PSJ-nin futbolçusu Usman Dembele dünyanın ən yaxşı oyunçusu mükafatını almaq ehtimalı haqda danışıb.

Futbolpress.az xəbər verir ki, vinger jurnalistin “Çempionlar Liqası və Qızıl top?” – sualını belə cavablandırıb:

“Çempionlar Liqasını qazanmaqdan hələ çox uzaqdayıq, amma məni motivasiya edən ortaq çempionluqdur. Komandamızın tarixində ilk Çempionlar Liqası kubokunu qazanmaq istəyirik və bu hədəfə doğru addım-addım irəliləyəcəyik”.

Dembele bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, 32 qol vurub, 10 məhsuldar ötürmə edib və Fransa çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью