Çempionlar Liqasının daha bir matçı Bakıda keçiriləcək

15.01.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandalar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 7-də ölkəmizdə baş tutan matçda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada önə keçib - 1:0. Yanvarın 14-də isə "Hapoel Holon"un qələbəsi qeydə alınıb - 65:62.

"Sumqayıt"da yeni legioner ABL: IX turdan təxirə salınmış matç keçiriləcək "Gəncə" "Sumqayıt"ı məğlub edib "Abşeron" heyətini yeni basketbolçu ilə gücləndirib ABL: Bu gün X tura yekun vurulacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью