Çempionlar Liqasının favoritləri sırasında dəyişiklik edildi

21.02.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Opta superkompüteri Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra yarışın favoritləri sırasında dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirində qalib ola biləcək kollektivlər açıqlanıb.

İngiltərənin "Liverpul" komandası 17,2 faizlə birinci pillədə qərarlaşıb.

İspaniya təmsilçisi "Barselona" 15,4 faizlə ikinci, İngiltərənin "Arsenal" kollektivi 13,6 faizlə üçüncü sırada göstərilib.

Növbəti sıralarda İtaliyanın "İnter" (12,7 faiz), İspaniyanın "Real" (11,6 faiz), Fransanın PSJ (8,8 faiz), Almaniyanın "Bayer 04" (5,8), "Bavariya" (4,8 faiz), İspaniyanın "Atletiko" (2,9 faiz) və Fransanın "Lill" (1,4 faiz) klubları yer alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью