Çempionlar Liqasının finalı Bakıda keçiriləsi olmadı Bu stadion seçildi

19.03.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul edəcək stadion müəyyənləşib. 

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib. 

Qərara əsasən, final matçı İspaniyanın paytaxtdı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. 

Qeyd edək ki, finalı qəbul etməyə digər namizəd Bakı Olimpiya Stadionu idi.

Xatırladaq ki, 2018/19 mövsümünün finalı da “Metropolitano”da təşkil olunub. Beləliklə, 70 min 460 nəfər tamaşaçı tutumuna malik bu arena tarixində 2-ci dəfə ÇL-in finalına ev sahibliyi edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью